|
Gəncədə avtobusdan 37 min manatlıq oğurluq olub

Gəncədə avtobusdan 37 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Gülüstan qəsəbəsindəki dayanacaqda M.Məmmədova məxsus “MAN” markalı avtobusdan 37.430 manat dəyərində 58 ədəd oturacaq, 1 ədəd kondisioner kompressoru, 9 ədəd təkər və 9 ədəd disk oğurlamaqda şübhəli bilinən dayanacağın gözətçisi Gəncə şəhər sakini Q.İmanov və qohumu M.Məmmədov saxlanılıblar.