|
Universitetdə tələbə atəş açdı

Perm Dövlət Universitetində tələbə travmatik silahdan atəş açıb

Cia.az  TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölənlərin olduğu barədə məlumat yayıb.

Rusiya Səhiyyə Nazirliyindən isə bildirilib ki, hadisə nəticəsində 10-dan çox şəxs yaralanıb.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, travmatik silahdan atəş açan şəxs adıçəkilən ali məktəbin tələbəsi olub və o saxlanılıb.