|
Ceyhun Bayramov BMT BA-nın 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka səfər edib.

Cia.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də bildirib.

Onun sözlərinə görə, səfərin məqsədi BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasında iştirak etməkdir.