|
Vüqar Qurbanov əmr imzalayıb

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub.

cia.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Səhiyyə Nazirliyinin baş nefroloqu, Hemodializ şöbəsinin müdiri Fariz Babayev xəstəxananın direktoru təyin olunub.

Fotoda Fariz Babayev