|
“Ərimə yeməyi başqaları bişirir” – Xalq artisti
“Mən, ümumiyyətlə, yemək bişirməyi sevmirəm. Evin son beşiyi olmuşam. Buna görə də həmişə bacılarım yemək bişiriblər”.
 
Bunu Xalq artisti Brilliant Dadaşova "Günün sədası" verilişində qonaq olarkən deyib. 
 
O, pandemiya müddətində yemək bişirməyə başladığını deyib:
 
“Pandemiya vaxtı tək qaldıq. Köməkçilər gələ bilmədi. Beləlikə, son vaxtlar yemək hazırlamağa başladım. 5 il olar bir dəfə belə də ət yemədim. Amma sonra artıq yeməyə başladım. Mən ətə yağ vurmuram, öz yağında bişirirəm. Evdə sadəcə özüm üçün yemək hazırlayıram. Ərimə yemək bişirmirəm. O, yediyim yeməkləri xoşlamır. Qızlar ona ayrıca xörək hazırlayırlar. O, əti pomidor, soğanla qızardılmış halda xoşlayır. Mən isə elə yeməyi sevmirəm”.