|
Hacıqabul gölünün bərpası müzakirə olunur

Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərindən ibarət komissiya yaradılacaq.

Cia.az-ın  məlumatına görə, bu, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında açıqlanıb.

Bu məsələ komitənin 2021-ci il payız sessiyası üçün İş planına daxil edilib.

Eyni zamanda komitə üzvlərindən ibarət “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin təşkili üçün də komissiya yaradılacaq.