|
Su problemi olacaq

Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə su fasilələrlə veriləcək. 
“Azərsu” ASC-dən Cia.az-a verilən məlumata görə, yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aprelin 30-da gün ərzində Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək. 
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Cia.az