|
Sanki Azərbaycan mədəniyyətinin qəsdinə durub karonavirus

 

Koronavirus can almaqda davam edir, Sanki tanrının qəzəbinə gəlib insan. Allahın verdiyinə şükr etməyən, qazandıqca harınlaşan, ucaldıqca Allah qatına iddialı olan yaradılışı yaradan belə cəzalandırdı. Dünyanın çərxini  döndürən Koronavirus nə kasıba baxdı, nə varlıya, nə vəzifəliyə!
İncəsənət adamları, xüsusən müğənnilər daha çox virusun qurbanı oldular. Sanki Azərbaycan mədəniyyətinin qəsdinə durub karonavirus.

Məlumdur ki, ölkəmizdə babat yaşayanlar müğənnilər, şou adamları idi. Lakin sərt karantin qaydalarının tətbiqi, Toy və şənliklərə qoyulan qadağa müğənnilərin toy bazarını ləğv etdi . Toyxanalar bağlanan kimi, yasxanaların qapısı açıldı incəsənət adamlarına.Virus  ən çox incəsənət adamlarına ziyan vurdu. Teatrların bağlanması,toylara qoyulan qadağa çox çətinliklərə mübtəla etdi şou nümayəndələrini.

Maddi  çətinliklərlə yanaşı, virus da daha çox incəsənət adamları ilə yola getmədi.

Azərbaycanın qaymaq səslərini , əsl sənətkarlarını seçdi virus.

Covid repressiyasının qurbanları nəğmələri dillərdə dolaşan sənətkarlar oldu.

“Ay uçan quşlar” nəğməsiylə sədası dünyanın dörd tərəfinə yayılan Baloğlan Əşrəfova  Covidin oxu dəydi.

“Ayrılıq” nəğməsi ilə ürəklərdə heykəl quran Yaqub Zurufçunu ayrılıq sədaları ilə sevənlərdan ayırdı Covid!

Üzlərdə gülüş yaradan Arif Quluyevin təbəssümünü cöhrəsində qoydu karona.

Sabir Əliyev də virusun qurbanları sırasına qoşuldu.

Rəmişin gitarasının səsi isə həmişəlik batdı.

“Əmi canı qəti qorxusu yoxdur” Teymur Mustafayev üçün də dəhşətli virus qorxu yaratdı.

“Bəyaz  gecələr“ lə sevilən Səyyad Əlizadəni isə bəyaz gecələrindən ayırıb zülmətə qərq etdi.

Bu dünyada hər kəs üçün ölüm var, gec ya tez hamımız eyni limana yön alacağıq. Sənətkarların ölümü isə günəşin qürubuna bənzəyir.

Hər gün bir sənətkar “Əlvida” oxuyur sevənlərinə!

Son nəğmələrinin nəqarəti -Əlvida! Əlvida…

Elida Muxayeva