|
Şuşa Türk dünyasının mədəniyyət paytaxtına namizəddir

Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib.

Cia.az-ın məlumatına görə bu barədə mədəniyyət naziri Anar Kərimov “Twitter”də paylaşım edib.

Özbəkistanın Xivə şəhərində keçirilən Türksoyun 38-ci nazirlər iclasında iştirak edən A.Kərimov ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi və mədəni abidələrin dağıdılmasından,Vətən müharibəsindən danışdığını vurğulayıb.

O, Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyini təqdim etdiyini qeyd edib.