|
Dünən toy edib, vağzalı çaldıranlar sabah instaqramda qoşa adla səhifə açır

 

Müasir dövr internet istifadəçilərinin sosial şəbəkələr həyatının ayrılmaz hissəsinə çevrilib. Virtual məkan genişləndikcə, sosial şəbəkələrin sayı artır, sosial şəbəkələrin artması sosial qıcıqların  da t’sir dairəsinin genişlənməsinə gətirib çıxarır. Sosial aləmdən öz həyatına ibrət götürənlərində sayını artırır. Sosial şəbəkələrdən gənc nəslin nümayəndələri ilə yanaşı yaşlı nəslin nümayəndələri də istifadə edir.  Bir sözlə cəmiyyətin bütün yaş qrupları sosial şəbəkə istifadəçiləridir.Yaşlı nəslin nümayəndələri cavanlara , gənclərə baxaraq, gənclik eşqinə düşürlər qoca arvadların bədən şəkilləndirmə əməliyyatı, dodaq dolğusu, digər nəsnələr sosial qıcıqların vadar etdiyi hərəkətlərdir.

Sosial şəbəkələr təkcə gündəlik həyatı göstərmə platforması deyil. Əlverişli kommunikasiya imkanları ilə yanaşı həm də insan psixologiyasına təsir kanalıdır.

Bildiyimiz kimi, bloger səhifələrinin sayı gün-gündən artır. Xüsusən cütlük səhifələri. Dünən toy edib, vağzalı çaldıranlar sabah instaqramda qoşa adla səhifə açır, birigün Maldiv adalarına  bal ayına gedir. İki gündən sonra hansısa reklam şirkəti ilə bağladığı müqavilə ilə bahalı avtomobili reklam edir. Guya dünən evləndiyi özünə şalvar ala bilməyən həyat yoldaşı ona avtomobil alıb.Cütlük səhifələrini izləyən minlərlə gənc xanım da foto və romantik videolara baxaraq, köks ötürür. Depressiyaya düşür, qeyri -real həyatı real aləmdə tətbiq etmək xülyası acı bir sonluğu reallaşdırır.

 Arzusunda olduğu həyatı qurmaq bahasına səhv addımlar atır, ailədaxili münaqişələrin yaranmasına zəmin yaradır.

Həyat yoldaşına ikrah,heç nəyə yaramaz biri kimi baxmaq sosial şəbəkələrin yaratdığı xoşagəlməz hallardandır. Təkcə xanımlar deyil, bəylər uşaqlarda zərərli vərdişin kiminsə həyatını izləyib həyatına tətbiq etməyin qurbanına çevrilir.  Yarıçılpaq, seksi qızların effektli  görüntülərni izləyən bəylər də xanımlarını sosial şəbəkələrdəki qızlar tipində görmək istəyir. Qadına xəyanət, qadının ərini bəyənməməsi bilavasitə sosial şəbəkələrdən qaynaqlanır.

Az yaşlı qızlar tez böyüməyə can atır, internet resurslarının uşaq psixologiyasına mənfi təsiri bununla kifayətlənmir. İnternet qəhrəmanlarının həyatını örnək götürənlər azadlığa can atır, ailə onlar üçün məngənəyə çevrilir.

Son zamanların ən populyar şəbəkəsi “tiktok ” uşaqların xəstəliyinə çevrilib. Yeni dil açan uşağın da artıq tiktok səhifəsi var.

Alimlər sosial ünsiyyət portallarını bəşəriyyəti məhvə aparan yeni silah növü kimi qiymətləndirirlər.

Elida Muxayeva