|
Çində vətəndaşların 72 faizi iki doza peyvənd vurdurub

Çində iki doza koronavirus vaksini vurduranların sayı 1 milyardı ötüb. Cia.azxəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası açıqlama yayıb.

 

Bildirilib ki, ölkədə ümumilikdə 2 milyard 160 milyon doza COVID-19 vaksini vurulub. 1 milyarddan çox şəxsə isə iki doza vaksin tətbiq olunub.

1,4 milyard əhalisi olan ölkədə vaksinasiyaya uyğun vətəndaşların 72 faizi iki doza peyvənd vurdurub.