|
Sentyabrın 16-sı Ermənistanda zəlzələ qeydə alınıb

 

Cia.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistanın Gürcüstanla sərhəddində  2,8 bal gücündə zəlzələ baş verib. Şirak rayonunun  Bavra kəndində zəlzələnin  3 -4 bal gücündə qeydə alınmışdır.

Xatırladaq ki, sentyabrın 3-ü də Ermənistanda zəlzələ qeydə alınmışdır.