|
Azərbaycan tərəfi bu mövqeyə anlayışla reaksiya verib

 

“Rusiya Azərbaycan-Türkiyə təlimləri ilə bağlı mövqeyini Bakıya çatdırıb”.

Cia.az-a xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu mövqeyə anlayışla reaksiya verib.

“Üç qardaş – 2021” davam edir - Video

 

Zaxarova bu məsələ ilə bağlı şərh verməkdən çəkindiyini, ancaq Rusiya XİN-in azərbaycanlı tərəfdaşları ilə daim təmasda olduğunu bildirib.

“Azərbaycan-Ermənistan sərhədinin müəyyən ərazilərindəki vəziyyəti yaxından izləyirik”, - deyə Zaxarova əlavə edib.

Azərbaycan-Türkiyə birgə təlimləri başa çatdı - Video