|
Marsurutlara kart sistemi tetbiq olunsada. Hele bəzilərində-

Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən xüsusi karantin rejiminin yumşaldılmasından sonra avtobuslarda sıxlıq müşahidə olunur . İctimai nəqliyyatdan istifadə edən vətəndaşlar sıxlıqla bağlı sosial şəbəkələrdə yazaraq BNA -nin fəaliyyətindən narazılıq ediblər. Səhər və axşam saatlarında 165 saylı avtobusda sıxlıq yaşandığını bildiriblər. Sıxlıq bir yana sanki sərnişin daşımırlar. Yarış atı sürürlər. Tək özlərini deyil, insan həyatını da heçə sayırlar. Sürücülərin sərnişinlərə kobud rəftarı heyvan sahibinin heyvana münasibətindən daha sərt və ötkəmdir. Belə qənaətə gəlmək olur ki, avtobus sürücüləri normal həyat tərzi keçirmirlər. Onları analiz etsələr, əksər sürücülərin pis vərdişləri olduğu üzə çıxacaq. Bəs sürücülər yoxlamadan keçmirlər? Vətəndaşların həyatı ilə çilik-toxma oynayanlar kimlərdir? Sərnişinlərin həyatına biganə münasibət haradan qaynaqlanır? Dəfələrlə şahidi olmuşam ki, sürücülər bir-birilərinin vaxtına girdikləri üçün telefonla qarşı tərəfi təhqir edir, ünvanlarına nalayiq sözlər işlədərək, sərnişinləri yox sayır, avtobusda tək olduqlarını zənn edirlər. Qaydalara əməl olunmaması halları mövcuddur. Avtobusa yazıb yapışdırılan təlimatları sürücülər görməzdən gəlirlər. 165 N marşurutda olduğu kimi. Məsələ ilə əlaqədar bir neçə dəfə daşıyıcı şirkət “Çinar”, “Trans” MMC-nin rəhbəri İsmayıl Hüseynova xəbərdarlıq olunub. Avtobus saylarının pandemiya şərtlərinə uyğun tənzimlənməməsi nəzərdən qaçmır. Ümumiyyətlə, BNA dən narazılıqlar bitib tükənmir. Avtobuslar köhnə olduğundan antisanitariya şəraitində sərnişinlərin ixtiyarına verilib. Harada gəldi avtobusu saxlayan sürücülər avtobusun qapılarını bağlamaq əziyyətinə qatlaşmırlar. Bu da ayaqüstə gedən sərnişinlər üçün təhlükə mənbəyidir. Qapıdan asılı vəziyyətdə bir ayağı çöldə, digəri avtobusda daşıdıqları sərnişinlərin taleyi isə sürücüləri qətiyyən narahat etmir. Qulaqlarında telefon , əllərində siqaret, musiqiyə yüksək səs verib əyləncələr aləminə səyahət edirlər. İrad bildirəndə də “Xoşun gəlmir, düş, taksi ilə get” cavabını alırsan. Öz kefləri ilə avtobus idarə edənlər könüllərindən keçənləri də həyata keçirirlər. Susayanda su, acanda yemək alıb, nuş etməyə də vaxt tapırlar. Xoşagəlməz hallarla bağlı BNA- nə dəfələrə müraciət olunsa da, tədbir görən yoxdur. Cavablar: “Araşdırma aparılıb, ölçü götürüləcək”.Xatırladaq ki,təhlükəsizlik qaydalarına görə avtobus sürücülərinin sərnişinlə yanacaq məntəqəsinə girişi qadağandır ,qaydalara riayət edən kim? Bir sözlə ,özbaşınalıq baş alıb gedir .  Avtobuslarda kart sisteminin tətbiqi ilə problemlərin aradan qalxacağı gözlənilsə də, Lakin həllini tapacağını gözlədiyimiz problem formasını dəyişsə də ,mahiyyət olaraq qalmaqdadır. Məsələ bir-birini təkrarlayan marşurut xətlərindəki avtobus sürücülərinin dayanacağa tez çatmaq “yarışı” ndan gedir . Kart sisteminə keçid bərqərar olunsa da, “xaltura”edib, kartsız sərnişin daşıyanlar var. Kartsız avtobuslarda sürücülər daha çox sərnişin yığmaq üçün rəqabət aparırdılarsa ,indi daşıyıcı şirkətlər dayanacağa tez çatmaq məsələsində maraqlıdırlar . Artıq ciddi nəzarətin vaxtıdır !  DYP qayda pozuntularına yol verən marşurut sürücülərini cəzalandırmalıdır . Ən əsası sahibkarlar pula yox sürücülərə nəzarəti artırsa bu hallara rast gəlinməz. Inanırıq yaxın günlərdə bu prablem kökündən öz həllini tapacaq

Cia.az

Kainat