|
“İntiharlarla bağlı ciddi işlər görülməlidir“ -

"Postmüharibə dövrü bütün ölkə üçün ağır dövrdür".

Cia.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.

O bildirib ki, qazilərin psixoloji durumu müharibədən sonra bütün ölkələrdə olan problemdir: "Statistikaya görə intiharların sayında ötən illə müqayisədə ciddi artım yoxdur. Amma hər bir halda bu istiqamətdə ciddi işlər görülməlidir".