|
Balakən rayonunun Kortala kəndində faciə

Balakəndə 69 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Cia.az-ın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Kortala kəndində baş verib.

Kənd sakini, 1952-ci il təvəllüdlü Həsən Məmməd oğlu Umrayev ağacdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.