|
"Azərbaycan bu mexanizmi tətbiq edir" - Paşinyan etiraf etdi

Paşinyan Azərbaycan polisinin iranlı sürücüləri yoxlamasının qanuni olduğunu etiraf edib
Cia.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı, 2020-ci ilin dekabrında Gorus-Qafan yolundan nəqliyyat vasitələrinin sərbəst istifadə etməsi haqqında razılıq əldə edildiyini və Ermənistan Silahlı Qüvvələrinin Sovet Ermənistanından miras qalmış sərhədlərə çəkildiyini qeyd edib:
“Bu proses yeni hərbi münaqişənin qarşısını almaq üçün atılmış addımdır. Hadisələrin baş verdiyi Gorus – Qafan yolu iki yerdə Ermənistan Respublikasının və ya keçmiş Sovet Ermənistanının hüdudlarından kənara çıxır. 2020-ci ilin dekabrında bu yoldan nəqliyyat vasitələrinin sərbəst istifadə etməsi haqqında razılıq əldə edilib. Düşünürəm ki, müqavilənin mətnində xarici malların daşınması üçün heç bir bənd olmadığı üçün Azərbaycan bu mexanizmi tətbiq edir”.
Qeyd edək ki, KİV-də yayılan məlumata əsasən Daxili İşlər Nazirliyi Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində polis postu quraşdırıb və bu yoldan istifadə edən avtonəqliyyat vasitələrinin yoxlanışına başlayıb.