|
Türkiyədən uçan təyyarə Rusiyada təcili eniş etdi

Türkiyənin Antalya şəhərindən havaya qalxan Rusiyaya məxsus təyyarə Sankt-Peterburqun Pulkovo hava limanına təcili eniş edib.

Cia.az xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, buna səbəb təyyarənin motorlarından birində texniki problemin yaranmasıdır.

 

Təyyarə 22:24-də Pulkovo aeroportuna enib. Sərnişinlərin vəziyyətinin yaxşı olduğu vurğulanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.