|
Yeni nüvə fəlakətinə çox az qalmışdı

Ukraynada Çernobıl Atom Elektrik Stansiyası yaxınlığında baş verən meşə yanğınlarının qarşısını almaq mümkün olub. Yanğınsöndürənlər yanğın ocaqlarını nüvə tullantılarının olduğu əraziyə 5 kilometr qalmış lokallaşdırmağa nail olublar.
Cia.az-ın məlumatına görə, rəsmilər təcrid olunmuş bölgədə müşahidə olunan radiasiya səviyyəsinin həyat üçün təhlükəli olmadığını qeyd ediblər.
Arseni Yatsenyuk: “Hazırda radiasiya normal səviyyədədir. Radiasiyanın maksimum saatda 50 mikrorentgen səviyyəsində olması normaldır. Təcrid olunmuş sahədə isə, radiasiya saatda 21 mikrorentgendir. Kiyevdə bu göstərici saatda 11 mikrorentgenə bərabərdir”
Yatsenyuk əhalini əmin edib ki, vəziyyət tamamilə nəzarət altındadır və insanların həyatı üçün heç bir təhlükə yoxdur.
Yanğın nəticəsində 400 hektar əraziyə ziyan dəyib.
Çernobıl Atom Elektrik Stansiyasında 1986-cı ildə baş vermiş qəzadan sonra qəza bölgəsində nüvə tullantıları hələ də qalmaqdadır.

Cia.az