|
“Delta” ştammı yüksək yoluxuculuğu ilə yanaşı, ailədaxili yoluxmalara gətirib çıxarır"

“Tədrisin açılması insan təmaslarının artmasına gətirib çıxarır”.

Cia.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, bu da yoluxma hallarının artmasına səbəb olur: “Valideynlər uşaqların şikayəti olduğu halda, baş ağrısı, temperatur olduqda onları məktəbə buraxmamalıdır. Hər şey evdən başlayır. “Delta” ştammı yüksək yoluxuculuğu ilə yanaşı, ailədaxili yoluxmalara gətirib çıxarır, yəni ailənin əksər üzvü bu virusa yoluxur”.