|
Rusiyada azərbaycanlı "qanuni oğru" həbs edildi - TƏCİLİ - VİDEO

 

Rusiyanın Mineralnıe Vodı şəhərindəTolik Noqinski ləqəbli azərbaycanlı “qanuni oğru” Taleh Dağlıyev saxlanılıb.

Cia.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, heroinlə ələ keçib.

 

 

İlkin dindirmə zamanı Tolik Noqinski bildirib ki, Mineralnıe Vodı şəhərinə müalicə məqsədilə gəlibmiş. Amma  dindirmə zamanı “qanuni oğru” olduğunu etiraf etməyib.

Başqa bir informasiyaya görə, Dağlıyev 2014-cü ildə Andrey Torkunov (Turok), Nadir Salifov (Lotu Quli) və  Oleq Piroqov (Sirkaç) tərfindən taclandırılıb.