|
Ziya Məmmədovun şirkəti ilə “Akkord“un məhkəmə çəkişməsi başlayır

Ziya Məmmədovun şirkəti olan "Fortis Group” MMC ilə "Akkord General Construction” MMC arasında məhkəmə çəkişməsi başlayır.

Cia.az xəbər verir ki, iddia ilə bağlı sentyabrın 27-nə hazırlıq iclası təyin edilib.

İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun sədrliyi ilə baxılacaq.

Qaldırılan iddia alqı-satqı üzrə mübahisələr barədədir. 

"Fortis Group” MMC "Akkord”dan əvvəl fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus "Gilan Holdinq”i məhkəməyə vermişdi.