|
“Chevrolet” markalı avtomobil can aldı

Sumqayıtda piyadanı maşın vuraraq öldürüb.
Cia.az məlumatına görə, “Chevrolet” markalı avtomobil Koroğlu küçəsində yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Məmmədov Vaqif Rüstəm oğlunu vurub.
Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Meyid aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.