“Biz Ağdama, Tərtərə, Şuşaya və ətraf rayonlara səfər edəcəyik. Səfərdən sonra ermənilərin, xüsusilə erməni rəsmilərinin tarixi miras üzərində həyata keçirdiyi təxribatları görəcəyik”.
Cia.az-in xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ermənilər azad olunmuş ərazilərin böyük bir hissəni minalayıblar: "Amma təəssüflər olsun ki, onlar mina xəritələrini Azərbaycana verməyiblər. Biz xüsusilə mina xəritələrinin verilməsi, həmin ərazilərdə insanların həlak olmaması üçün çalışacağıq. Ümid edirik ki, İƏT-in bu hesabatı hazır olduqda təsiri olacaq. Bu hesabatı da BMT-yə və beynəlxalq insan hüquqları ilə məşğul olan qurumlara göndərəcəyik.
