|
Türkiyənin Baş Ombudsmanı Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, təşkilatın Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin və Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani Azərbaycana səfərə gəlib.

Cia.az-in xəbərinə görə, Azərbaycan, Türkiyə və Pakistan Ombudsman nümayəndə heyəti ilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Qeyd edək ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib. 14-19 sentyabr tarixlərini əhatə edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub.