Türkiyədə Milliyyətçi Hərəkat Partiyasından (MHP) millət vəkilliyinə namizəd olan Ekmeleddin İhsanoğlu imicini dəyişdirib.
İstanbul 2-ci dairədən namizəd olan İhsanoğlu ötən gün Qaziosmanpaşa rayonunda yerlilərlə görüşüb.
Görüş zamanı Ekmeleddin İhsanoğlunun millətçilər (ülkücü) kimi bığlarını eşməsi jurnalistlərin diqqətindən yayınmayıb.
Xatırladaq ki, daha əvvəl İslam Konfransı Təşkilatının (İKT) prezidenti olmuş İhsanoğlu ötən il Türkiyədə keçirilən prezident seçkisində müxalifətin vahid namizədi olmuşdu.
Qeyd edək ki, bu il iyulun 7-də Türkiyədə parlament seçkisi keçiriləcək.
Ekmeleddin İhsanoğlunun imic dəyişikliyini əks etdirən fotoları oxucularımıza təqdim edirik: 

Cia.az
