|
Yaqub Zurufçu vəfat etdi

Koronavirusdan əziyyət çəkən əməkdar artist Yaqub Zurufçu vəfat edib.

Bu barədə Cia.az-a "Yeni Klinika"dan məlumat verilib.

Bildirib ki, həkimlərin səyinə baxmayaraq, koronavirusa yoluxan Əməkdar artist dünyasını dəyişib.

 

Qeyd edək ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. Mərhum sənətçi 2009-cu ildə Əməkdar artist adına layiq görülmüşdü.

Allah rəhmət eləsin!