2015 yaz-yay gödəkcələri ilə əsl ulduz stili yaradacaqsız. Cia.az 2015-ci ilin dəbli gödəkcə modellərini təqdim edir.
Dəri gödəkcə
Dəri gödəkcələr artıq hər bir qarderobda olması vacib sayılan “klassik” parçalardan sayılır. Necə deyərlər, praktiki başlıca trenddir.
Bomber
Amerikalıların məktəb formasından tutmuş, Harvard tələbələrinin sevimli geyimi olan Bomber gödəkcələr 2015 yaz-yay sezonunda heç olmadığı qədər aktualdır. Bomber gödəkcələr düz şalvar və ətəklərlə daha yaxşı kombinə edilir. Rahatlıq üçün idman ayaqqabısı, şıqlıq üçün dikdabanlarla geyinə bilərsiz.
Cins gödəkcələr
Qızların qarderobunda ən əsas, hətta ən lazımlı olan cins gödəkcələr bu il əsl hit sayılır. Ziyafət geyimləri, eyni zamanda cins şalvarla kombinə edə bilərsiz.
Parka
Payız-qış sezonunda rənglənən parkalar bu il yaz-yay sezonunda da eyni tendensiyanı davam etdirir. Parkalarla çox rahatlıqla şənliyə, gəzintiyə, hətta ziyafətə belə gedə bilərsiz. Dəri ətək və gecə köynəyi ilə ən sonuncu anda rahatlıqla geyinə biləcəyiniz üst geyimdir. Ən məşhur rəng çaları hərbi yaşılıdır.
Cia.az








