Türkiyənin Daxili İşlər Nazirliyi “boz kateqoriya”da olan daha bir PKK üzvünün təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb.
Cia.az “TRT Haber”ə istinadən xəbər verir ki, inandırma cəhdləri nəticəsində təslim olan şəxsin 2014-cü ildə təşkilata qoşulduğu və “Terrora görə axtarılanlar siyahısında” “boz kateqoriya”ya daxil edildiyi müəyyən edilib.
Bununla da, cari ildə təslim olan terrorçuların sayı 145-ə çatıb.
Qeyd edək ki, Türkiyədə terrorla mübarizə çərçivəsində axtarılanlar beş rəng (qırmızı, mavi, yaşıl, narıncı və boz) üzrə təsnif edilir.
