|
Qeyri-neft sektoruna 453,7 mln dollar həcmində birbaşa xarici investisiyalar yönəlib

 

Cia.az  Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin ilk yarısında Azərbaycana xaricdən 2 635,7 mln. ABŞ dolları həcmində birbaşa investisiyalar cəlb olunub. bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% çoxdur.

Qeyd edək ki, təkcə qeyri-neft sektoruna 453,7 mln dollar həcmində birbaşa xarici investisiyalar yönəlib ki, bu da illik müqayisədə 38,1% çoxdur. Qeyri-neft sektorunun cəmi xarici birbaşa investisiyalardakı payı 17,2% təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz bəndi çoxdur.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanın neft sektoru xaricdən 2,182 mlrd. dollarlıq (cəmi xarici birbaşa investisiyaların 82,8%-i) birbaşa investisiya cəlb edib. Bu, illik müqayisədə 22,7% çoxdur.