DİN-in mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən Fuad Muradovun saxlanılması xəbərinə münasibət bildirib.hüquqşünas Aslan İsmayılovun müraciəti əsasında Furad Muradov polisə dəvət olunub.
Qeyd edək ki, Aslan İsmayılov özünün feysbuk hesabında Fuad Muradovla bağlı paylaşım edib. O bildirib ki, uzun müddətdir sosial şəbəkələrdə ictimai aktiv şəxsləri küçə söyüşləri ilə təhqir edən F.Muradov haqqında qanuni tədbirlərin görülməsi üçün 10 sentyabr tarixində DİN-ə ərizə ilə müraciət edib. İsmayılovun sözlərinə görə, o, bu gün ərizə ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib və sübutları təqdim edib.
"Ərizə üzrə araşdırma davam edir. F.Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir", - deyə o, qeyd edib.
Onun izahatı alınıb və sərbəst buraxılıb. Hazırda həmin müraciət əsasında araşdırmalar davam etdirilir.
