Cia.az xəbər verir ki, Əliyeva Ruqiyyə Həmid qızı məcburi köçkünlər üçün inşa olunan “Bənövşələr” qəsəbəsindəki ata evindən ötən gün səhər saatlarında çıxıb və evə qayıtmayıb. R. Əliyevanın yaxınları bu barədə DİN-in 102 çağırış mərkəzinə məlumat veriblər.
Yaxınları Ruqiyyə Əliyevanın psixoloji problemlərinin olduğunu, gedərkən 4 və 6 yaşında olan oğlanlarını da özü ilə apardığını bildiriblər.
Onu görənlərdən yaxınlıqdakı polis şöbəsinə və ya 050 564 76 04 nömrəsinə məlumat vermələri xahiş olunur.
