|
Peyvənd olunanların sayı açıqlandı

 

Cia.az xəbər verir ki,Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 266 vaksin vurulub. bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 077, ikinci mərhələ üzrə 189 nəfərdir.

Vaksinasiyadan keçənlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə isə 3 103 091 nəfər təşkil edir.