|
Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir.

 

Cia.az xəbər verir ki,Ermənistanın müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir. Erməni KİV-nə istinadən xəbər verir ki, Karapetyan bu gün Rusiya və Belarusun Silahlı Qüvvələri arasında keçirilən birgə “Qərb-2021” təlimlərinin keçirildiyi Nijqorod vilayətini ziyarət edəcək.

 

Bununla yanaşı, A. Karapetyan sentyabrın 15-dən 16-na kimi Tacikistanın paytaxtı Düşənbə şəhərində də səfərdə olacaq. Onun burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə iclasında iştirak edəcəyi gözlənilir.