|
Vulqarizm və tabular efir məkanına gətirilir.

Məlumdur ki ,iştimai həyatımızda yaşayış tərzimizdə televiziyanın çox böyük rolu var . Bu gün həyatımızı televiziyasız təsəvvür etmək çətindir. Əvvəllər senzura var idi. Senzuranın olmamağı, medianın demokratikliyi xoşagəlməyən səhnələr sərgiləyir. Sovet dönəmində radio -televiziya komitələrində sərt qanun mövcud idi .Hazırda Respublikamız müstəqillik əldə edib ,bütün sahələrdə demokratik bir ab– hava yaranıb .Bu eyni zamanda televiziya sahəsində də özünü göstərir.Əvvəllər bir dövlət telekanalı var idisə, hazırda onlarla televiziya şirkətləri fəaliyyət göstərir .Lakin bunların çox olmasına baxmayaraq , bəzi proqramları çıxmaq şərti ilə digər proqramlar bir – birini təkrar edir .Hansı kanala baxsaq, orada gedən verlişlərin hamısında demək olar ki ,müğənnilər iştirak edir . Hətta veriliş mahiyyət musiqiyə aid olmasa da, yenə də müğənniləri dəvət edirlər .İnsanda belə bir təsəvvür yaranır ki ,bir ölkənin nə ziyalısı ,nə alimi ,nə iqtisadçısı ,nə də tibb işçisi var . Bunlara aid suallara şou nümayəndələri cavab verir .Televiziyalarda xüsusilə ədəbi danışıq dilinə ,etik qaydalara riayət olunmur . Vulqarizm və tabular efir məkanına gətirilir. Canlı efir vaxtı belə bir-birilərini təhqir etməkdən çəkinmirlər. Mədəniyyət şüarçısı olan televiziya ilə çayxananı seçə bilmirlər. Belə xoşagəlməyən hallar özəl telekanallarda özünü qabarıq şəkildə biruzə verir.Məsələn, Verilişin əsas siması olan aparıcı ədəbi dilin norma və qaydalarından xəbərsiz olaraq, bölgə ləhcəsini ekranlara gətirir. Ümumiyyətlə, çox saylı fa k tlar göstəstərmək olar . Yəqin ki ,televiziya verlişlərinin fəaliyyətinə nəzarət edən MTRŞ rəhbərliyi bu barədə nəzarəti gücləndirəcək, vətənpərvərlik ,maarifçilik mövzusunda verlişlərin sayının artırılmasıı göstəriş verəcək , Milli ruhda verilişlərin artması üçün mühüm göstərişlər verərək, telekanallarda islahatlar aparmalıdır.Gənclərimiz müğənnilərdən çox milli qəhrəmanlarımızı, alimlərimizi, elm və incəsənət xadimlərini tanıması üçün televiziyalarda mühüm təbliğatların aparılması əsas şərtdir. 

Kainat Əliyeva