|
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yol polisinə etiraz

 

Cia.az xəbər verir ki, Gürcüstanın Marneuli rayonunun Təzəkənd kəndində yol-nəqliyyat hadisəsi baş verib. Dünən təqribən saat 21:30 radələrində Elşən Əliyev  “Mercedes” markalı avtomobil  ilə hərəkət edərkən  işıqforları yanmayan patrul polis onu təqib edib. Polisin onu izlədiyini görən sürücü maşını kənddəki evin hasarına çırpıb.

Kənd əhalisi hadisə baş verən yerə yığılaraq Yol polisinə etiraz ediblər.

Xatırladaq ki, Mercedes markalı avtomobilin sürücüsü maşında tək olmayıb, həyat yoldaşı və 5 aylıq körpəsidə maşında olub.

Elida Muxayeva