Cia.az xəbər verir ki, İranın şimal-şərqində 5.1 bal gücündə zəlzələ baş verib.
Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Məlumata əsasən, zəlzələnin episentri Kuçan şəhərindən 43 km şimal-şərqdə yerləşib. Şəhərin əhalisi təqribən 111 min nəfər təşkil edir.
Xəsarət alan və dağıntılar barədə hələ ki məlumat yoxdur.
