Cia.az xəbər verir ki, Rusiyanın İrkutsk vilayətində sərt eniş etmiş sərnişin təyyarəsinin qara qutularından biri tapılıb. Məlumatı “RİA Novosti” yayıb.
Qeyd edək ki, L-410 sərnişin təyyarəsi sentyabrın 12-si Kazaçinski yaşayış məntəqəsindən 4 kilometr cənub-qərbdə sərt eniş edib. Hadisə nəticəsində 4 nəfər ölüb. Onlardan ikisi pilot, ikisi isə sərnişindir. 12 nəfər isə xəsarət alıb.
