|
Ukraynada öz mövcudluğunu artırması ilə bağlı zərurət var.

Ukrayna prezidenti Vladimir Zelenski rəsmi Vaşinqtondan alınan yardımın miqdarı baxımından Ukraynanı Əfqanıstanla müqayisə etməməyə çağırıb.

“Düşünmürəm ki, Ukrayna ilə Əfqanıstanı müqayisə edə bilərik. Biz Əfqanıstan qədər ABŞ-dan asılı deyilik. Hesab edirəm ki, Ukrayna kimi coğrafi baxımdan böyük bir ölkəni dörd, beş, yeddi gündə ələ keçirmək mümkün deyil”, - Cia.az xəbər verir ki, bu sözləri Zelenski “CNN” telekanalına müsahibəsində deyib.

O, həmçinin qeyd edib ki, ABŞ-ın Ukraynadan çıxması barədə söhbət getmir, üstəlik Vaşinqtonun Ukraynada öz mövcudluğunu artırması ilə bağlı zərurət var.

Ukrayna prezidenti Vladimir Zelenski rəsmi Vaşinqtondan alınan yardımın miqdarı baxımından Ukraynanı Əfqanıstanla müqayisə etməməyə çağırıb.