Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətin yeni tərkibini müəyyənləşdirib.
Dövlət başçısı Kərim Məsimovu baş nazir vəzifəsində saxlayıb.
N.Nazarbayev bundan bir gün əvvəl prezident kimi rəsmi fəaliyyətə başlayıb. O, 74 yaşında aprelin 26-da keçirilən seçkilərdə 97, 75 faiz səs toplayaraq 5-ci müddətə prezident seçilib.
ATƏT müşahidəçiləri seçkinin demokratik standartlara cavab vermədiyini bildirsələr də, TÜRKPA, MDB və digər beynəlxalq təşkilatlar seçkinin ədalətli baş tutduğunu söyləyiblər.
Cia.az
