Cia.az xəbər verir ki, Azərbaycanın Gürcütsandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Marneulidə gənc jurnalistlərlə görüşüb.Səfir jurnalistlərlə tanış olub, “Aktual media” xəbər portalının başlatdığı “Jurnalistika” kursu haqqında məlumat alıb və Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafından söhbət açıb. Səfir F.Quliyev kursda təhsil alan gənclərə siyasi, iqtisadi, humanitar elmlər üzrə biliklərini artırmağı və Gürcüstanda azərbaycandilli medianın inkişafında mühüm xidmət göstərmələrini tövsiyə edib.
Elida Muxayeva
