|
İmişlidə yol qəzası: Sürücü öldü

İmişlinin Bəhrəmtəpə qəsəbəsində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Cia.az xəbər verir ki, "Mercedes" markalı avtomobili idarə edən İmişli sakini, 1969-cu il təvəllüdlü İsmayılov Müşviq Müseyib oğlu idarəetməni itirərək avtomobili yoldan çıxararaq aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.