|
İzmirdə meşə yanğını başlayıb

Türkiyənin İzmir şəhərinin Karşıyaka rayonunda meşə yanğını başlayıb.

Cia,az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün havadan və qurudan iş aparılır.

 

Yanğının başlama səbəbi bilinmir. Bölgəyə üç yanğınspndürmə helikopteri, 10 suçiləyici, iki su tanker və yanğınsöndürmə briqadaları cəlb olunub.