|
Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Muğla vilayətinin Datça rayonunda 4,4 bal gücündə zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb. Qeyd olunur ki, yerli vaxtla 16:31-də baş verən zəlzələ Egey dənizində, Datçaya 40,07 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin dərinliyi 8,02 kilometr təşkil edib.