Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cia.az verilən məlumata görə, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 286, ikinci mərhələ üzrə 41 234 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 557 554, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 488 930, ikinci mərhələ üzrə isə 3 068 624 nəfər təşkil edir.
