|
Tehran bizi saymırsa, daha kəsərli addımlara ehtiyac var

"İrana verilən notaların faydası yoxdur, müəmmalı yüklər ərazimizə qanunsuz daşınmaqda davam edir. Tehran bizi saymırsa, daha kəsərli addımlara ehtiyac var".

Cia.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İranın Qarabağa qanunsuz yük daşımalarına münasibət bildirərkən deyib.