Koronavirusdan vəfat edən Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin hərbi komissarının müavini Vüsal Mirzəyevin anası da dünyasını dəyişib.
Cia.az -ın məlumatına görə, Vüsal Mirzəyevin anası ötən gecə vəfat edib.
Xatırladaq ki, koronavirusa yoluxan V. Mirzəyevlə atası Cərulla Cərullayev eyni gündə, bu ilin sentyabrın 3-də koronavirusdan vəfat ediblər.
