|
Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir

Koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır olaraq qalır.

Bu barədə Cia.az-a sənətçinin müalicə aldığı “Yeni Klinika”dan məlumat verilib.

 

Klinikanın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, əməkdar artistin vəziyyəti ağır qiymətləndirilir:

“Qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyasi 95-96, qızdırması yoxdur. Vəziyyətinə uyğun  intensiv terapiya davam edir. Vəziyyəti ağır stabil olaraq qalır”.