|
Bakı küçələrində 1 milyon dollardan baha maşın-

Bakı küçələrində dəyəri 1 milyon dollardan artıq olan avtomobil görünüb.
Həmin avtomobil "Bugatti Veyron Mansory LineaVincero"-dur. Onun orta satış qiyməti 1,25 milyon dollardır.

Bu avtomobilin maksimal sürəti 431 km/saat, mühərrikinin həcmi 7993 sm³ (8 litr), gücü 1020-1040 at gücüdür. Maşın 100 km/saat sürəti cəmi 2,5 saniyəyə əldə edir.
İlk "Bugatti Veyron Mansory LineaVincero" 2005-ci ildə Fransadakı Molsaym şəhərində istehsal olunub. İndiyədək 450 belə avtomobil satılıb.



Cia.az