|
Bu biyabirciliga görə müəssisə rəhbəri cəzalandırıldı - Fotolar

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən pendir istehsalı müəssisəsi aşkarlanıb.

Cia.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Bərdə rayonu, Mirzəxan Qaraqoyunlu kəndində yerləşən, fiziki şəxs Rüstəmov İsmayıl Rüstəm oğluna məxsus pendir istehsalı müəssisəsində keçirilən yoxlama zamanı sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərin tələblərinə cavab vermədiyi müəyyənləşdirilib.

 

Habelə istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtında həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, hazır məhsulların üzərində heç bir etiketləmə aparılmadan satışa təqdim edildiyi aşkar edilib.

Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.